Beyləqan rayonu

Beyləqan rayonu 1939-cu ildə təşkil olunub. 1990-cı ilədək adı Idanov olub. 1963-cü ildə ləğv edilərək ərazisi İmişli rayonunun ərazisinə qatılıb. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Sahəsi 1134 kv. km-dir. Mərkəzi Beyləqan şəhəridir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə və 1 fəhlə qəsəbəsi və 39 kənd vardır. Beyləqan Mil düzündə yerləşir. Bəzi yerlər okean səviyyəsindən aşağıda yerləşir. İqtisadiyyatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur. Kənd təsərrüfatına yararlı torpaq sahələri 89 min hektardır.

Əhalisi: 60 min nəfərdir. Orta sıxlığı 1 kv. km-də 50 nəfərdir.

Təsərrüfatı:

İlkin şərab emalı zavodu;

İri heyvandarlıq kompleksləri;

Meşə təsərrüfatları;

Kənd təsərrüfatı texniki birilyi.

Mədəniyyət ocaqları:

10 məktəbəqədər müəssisə;

20 səkkizillik və 23 orta məktəb;

8 mədəniyyət evi;

25 klub;

34 kitabxaan;

19 kinoqurğu;

1 xalq teatrı;

16-cı əsrə aid türbə;

Səhiyyə ocaqları:

395 çarpayılıq 11 xəstəxana;

28 feldşer-mama məntəqəsi;

Sanitariya-epidemioloji stansiya.