Siyəzən şəhəri

Siyəzən rayonu 1992-ci ilin aprel ayından “Azərbaycan Respublikası Siyəzən inzibati rayonu” adlandıralaq Dəvəçi rayonundan ayrılmışdır. Siyəzən rayonunun mərkəzi Siyəzən şəhəri olmaqla ərazi tabeçiliyində 1 qəsəbə və bir neçə kənd vardır.

Siyəzən şəhərində təxminən 25-30 minə qədər insan yaşayır. Şəhərdə Bəşir Səfəroğlu adına 1 mədəniyyət sarayı, 4 orta, bir neçə peşə məktəbi, 2 poliklinika, Avropa standartlarına tamami ilə cavab verən mərkəzi şəhər xəstəxanası, Siyəzən rayon mərkəzi stadionu fəaliyyət göstərməklə yanaşı insanların işlə təmin olunması üçün açılmış “Siyəzən Broler” quşçuluq fabriki, “Siyəzən Kərpic” zavodu, Siyəzən neft-qaz çıxarma idarəsi və s. vardır. Əhalinin istirahəti üçün Cəfər Cabbarlı adına olan park yenidən təmir olunaraq insanların ixtiyarına verilmişdir.

Siyəzən rayonu 1940-cı ildə təşkil olnmuşdu. 1959-cu ildə Dəvəçi rayonu ilə birləşdirilmişdir. Siyəzən Dəvəçidən 18 km aralıdır. Samur Dəvəçi ovalığında yerləşir. Siyəzən sözünün etimologiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçılara görə, Siyəzən İran dillərinə görə "Qara torpaq", digərlərinə görə isə "Qara su" deməkdir. Çünki hələ qədimdən buralarda neft çıxarılırdı.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Siyəzən rayonu 60-a yaxın şəhid vermişdi. Şəhidlərin məzarının əbədiləşdirilməsi üçün Siyəzən şəhərində “Şəhidlər xiyabanı” yaradılmışdır.